24 may 2026. Bazar günü

Türkiyə Super Liqasına yüksələn sonuncu komanda bəlli oldu


Türkiyə Super Liqasına yüksələn sonuncu komanda bəlli oldu

Türkiyə 1-ci Liqasının pley-off finalının nəticəsinə əsasən Superliqaya yüksələn son komanda müəyyənləşib.

90deqiqe.Az-ın məlumatına görə, Konya şəhərində keçirilən həlledici oyunda “Çorum FK” “Esenler Erokspor”u 2:0 hesabı ilə məğlub edərək elitaya vəsiqə qazanıb.

Beləliklə, “Erzurumspor” və “Amed SK”dən sonra 1. Liqadan Superliqaya yüksələn son komanda da bəlli olub. Ligi 3-cü pillədə başa vuran “Esenler Erokspor” pley-off mərhələsinin finalında “Çorum FK” ilə üz-üzə gəlib.

MEDAŞ Konya Böyükşəhər Stadionunda keçirilən görüşdə “Çorum FK” 2:0 hesablı qələbə qazanıb. Komandanın qollarını Serdar Gürler və Mame Tiam vurub.

Bu nəticə ilə “Çorum FK” Türkiyə Superliqasına yüksələn son komanda olub.







Türkiyə S.L.

"Kasımapaşa" və  "Eyüpspor" xal itirdi
  • Türkiyə S.L.
  • 23:50 03.05.2026
"Kasımapaşa" və "Eyüpspor" xal itirdi