- Türkiyə S.L.
- 23:34 24.05.2026
"Beşiktaş"da baş məşqçi axtarışları davam etdiyi bir vaxtda son günlər “Qarabağ”ın baş məşqçisi Qurban Qurbanovun İstanbul klubunun gündəmində olduğu barədə iddialar yayılıb.
90deqiqe.Az xəbər verir ki, məsələyə "Beşiktaş"ın futbol direktoru Önder Özen “Teleqraf”a açıqlamasında bildirib ki, hazırda yeni baş məşqçinin adı hələ dəqiqləşməyib
“Qurban Qurbanovla bağlı hər hansı bir təşəbbüsümüz və ya marağımız yoxdur. Qurban çox dəyərli və son dərəcə uğurlu baş məşqçidir, ona böyük hörmətimiz var. Lakin hazırda "Beşiktaş"ın gündəmində belə bir məsələ yoxdur. Ümumilikdə klubun bu barədə heç bir məlumatı yoxdur və yayılan xəbərlərin klubla heç bir əlaqəsi yoxdur.”