28 may 2026. Cümə axşamı

“Beşiktaş” və “Fənərbağça”nın sabiq futbolçusu yaşıl meydanlarla vidalaşdı


“Beşiktaş” və “Fənərbağça”nın sabiq futbolçusu yaşıl meydanlarla vidalaşdı

Təcrübəli futbolçu Tolgay Arslan futbolçu karyerasını başa vurduğunu açıqlayıb.

90deqiqe.Az xəbər verir ki, “Beşiktaş” və “Fənərbağça”nın sabiq yarımmüdafiəçisi qərarı ilə bağlı sosial şəbəkə hesabında paylaşım edib. 35 yaşlı futbolçu peşəkar karyerasını başa çatdırdığını bildirib.

Tolqay Arslan son olaraq Yaponiyanın “Sanfreççe Hiroşima” klubunun formasını geyinib. Təcrübəli yarımmüdafiəçi karyerası ərzində həm Türkiyə, həm də Avropa futbolunda çıxışı ilə yadda qalıb.

Qeyd edək ki, Tolqay Arslan uzun illər Super Liqada göstərdiyi performansla tanınıb və xüsusilə “Beşiktaş”dakı çıxışı ilə azarkeşlərin rəğbətini qazanıb.







Türkiyə S.L.