- Türkiyə S.L.
- 16:51 06.06.2026
Türkiyənin "Fənərbağça" klubunun növbədənkənar seçkili ümumi yığıncağında klubun maliyyə vəziyyəti ilə bağlı məlumat açıqlanıb.
90deqiqe.Az xəbər verir ki, Çobani Stadionunda keçirilən toplantıda klubun Denetim Şurasının üzvü Hulusi Kesgin hesabatla çıxış edib.
O bildirib ki, Ali Koçun prezidentlik etdiyi 1 iyun - 21 sentyabr 2025-ci il dövründə klubun qısamüddətli borcu 18 milyard 939 milyon lirə, uzunmüddətli borcu isə 9 milyard 771 milyon lirə olub. Beləliklə, həmin dövrdə ümumi borc 28 milyard 710 milyon lirə təşkil edib.
Hulusi Kesgin əlavə edib ki, Sadettin Saranın prezidentliyi dövrünü əhatə edən 22 sentyabr 2025-ci il - 28 fevral 2026-cı il tarixlərində isə qısamüddətli borc 17 milyard 205 milyon lirəyə, uzunmüddətli borc 8 milyard 997 milyon lirəyə enib.
Nəticədə "Fənərbaxça"nın ümumi borcu 26 milyard 202 milyon lirə olaraq açıqlanıb.