- Türkiyə S.L.
- 16:51 06.06.2026
“Beşiktaş” klubunda baş məşqçi postuna yeni təyinat reallaşıb.
90deqiqe.Az xəbər verir ki, bu vəzifəyə İtaliyanın tanınmış mütəxəssisi Vinçenzo İtalyano gətirilib.
48 yaşlı çalışdırıcı artıq İstanbul təmsilçisi ilə rəsmi müqavilə imzalayıb. Tərəflər arasında bağlanan anlaşmanın 2028-ci ilə qədər qüvvədə olacağı bildirilir.
“Beşiktaş” ötən mövsüm Türkiyə Superliqasını 4-cü pillədə tamamlayıb. Komanda 34 oyunda 60 xal toplayıb və medallar zonasından cəmi 3 xal geri qalıb.
Xatırladaq ki, 2025-ci ilin yanvarından 2026-cı ilin iyununa qədər klubun baş məşqçisi postunu türkiyəli mütəxəssis Sergen Yalçın tutub.