- Türkiyə S.L.
- 22:55 07.06.2026
“Fənərbağça” klubunda növbədənkənar seçkili ümumi yığıncaq keçirilib.
90deqiqe.Az xəbər verir ki, prezident postu uğrunda Əziz Yıldırım və Hakan Safi mübarizə aparıblar.
Səsvermə prosesi yerli vaxtla saat 10:00-da başlayıb və 17:00-da başa çatıb. Səslərin sayılmasına isə saat 20:15-də start verilib.
İlkin nəticələrə əsasən, Əziz Yıldırım rəqibi Hakan Safini qabaqlayaraq “Fənərbağça”nın yeni prezidenti seçilib.
Hazırda açılan 28 seçki qutusunun nəticələrinə görə, Əziz Yıldırım 9625, Hakan Safi isə 5067 səs toplayıb.