6 may 2026. Çərşənbə

Beşiktaş onu itirdi


Beşiktaş onu itirdi

“Beşiktaş” ciddi itkilərlə üzləşib.

Corner.az xəbər verir ki, “qara qartallar”ın futbolçuları Dorukan Toköz, Kevin Nkudu və Oğuzhan Özyakup sıradan çıxıb. Bu barədə klubun rəsmi saytı məlumat yayıb.

Superliqanın 7-ci turunun “Alanyaspor”la görüşdə diz bağları qopan Dorukan əməliyyat olunacaq. 23 yaşlı yarımmüdafiəçinin 4 ay yaşıl meydanlardan uzaq qalacağı açıqlanıb. Kevin Nkudu və Oğuzhan Özyakupun isə bu gündən müalicələrinə start verilib. Hər iki futbolçunun  zədəsi elə də ciddi deyil və onların tezliklə komanda ilə birgə məşqlərə başlanacağı gözlənilir.







Türkiyə S.L.

"Kasımapaşa" və  "Eyüpspor" xal itirdi
  • Türkiyə S.L.
  • 23:50 03.05.2026
"Kasımapaşa" və "Eyüpspor" xal itirdi