- Türkiyə S.L.
- 22:51 18.06.2026
Nigeriyalı hücumçu Viktor Osimhen Türkiyənin "Qalatasaray" klubunda özünü xoşbəxt hiss etdiyini bildirib.
90deqiqe.Az xəbər verir ki, təcrübəli forvard İstanbul təmsilçisi ilə arasında qarşılıqlı hörmət və etimadın formalaşdığını vurğulayıb.
"Qalatasaray"la aramızda dərin qarşılıqlı hörmət var. Bu münasibət təkcə mənə deyil, ailəmə, dostlarıma və ətrafımdakı hər kəsə göstərilən münasibətdə də hiss olunur. Burada hər səhər üzümə təbəssümlə oyanıram və "Qalatasaray"da oynadığım üçün Allaha şükür edirəm. Məşqlərə də yüksək əhvali-ruhiyyə ilə qatılıram", - deyə Osimhen bildirib.
Qeyd edək ki, Nigeriya millisinin üzvü 2024-cü ildə İtaliyanın "Napoli" klubundan ayrılaraq "Qalatasaray"a transfer olunub. O, bundan əvvəl Neapol təmsilçisinin heyətində dörd mövsüm çıxış edib.