- Türkiyə S.L.
- 14:37 19.06.2026
Türkiyə millisinin sabiq üzvü Caner Erkin peşəkar futbolçu karyerasını başa vurduğunu açıqlayıb.
90deqiqe.Az xəbər verir ki, 37 yaşlı keçmiş müdafiəçi bu barədə sosial şəbəkə hesabında paylaşım edib.
Təcrübəli futbolçu uzun illər davam edən karyerasına yekun vurduğunu bildirərək futbolla vidalaşıb.
Caner Erkin karyerası ərzində Türkiyənin aparıcı klubları olan “Fənərbağça”, “Qalatasaray” və “Beşiktaş”ın formalarını geyinib. O, həmçinin Rusiyanın MOİK və İtaliyanın “İnter” komandalarında çıxış edib.
Qeyd edək ki, Caner Erkin uzun illər Türkiyə millisinin də şərəfini qoruyub və ölkə futbolunun tanınmış simalarından biri kimi yadda qalıb.