21 iyun 2026. Bazar günü

Super Liqa klubu baş məşqçisini qovdu


Super Liqa klubu baş məşqçisini qovdu

Superliqa klubu "Dənizlispor" baş məşqçisi Yücəl İldizlə yollarını ayırıb.

Corner.az-ın klubun rəsmi saytına istinadən xəbərinə görə, buna səbəb komandanın uğursuz çıxışları olub. Klubun açıqlamasında komandanın vəziyyətinin idarə heyəti tərəfindən qiymətləndirildiyi və 66 yaşlı mütəxəssisin müqaviləsinin birtərəfli olaraq ləğv edildiyi açıqlanıb.

Qeyd edək ki, "Dənizlispor" Superliada 7 turdan sonra 8 xalla 13-cü pillədə qərarlaşıb.







Türkiyə S.L.

"Fənərbaxça"nın borcu açıqlandı
  • Türkiyə S.L.
  • 14:17 06.06.2026
"Fənərbaxça"nın borcu açıqlandı