- Türkiyə S.L.
- 22:58 26.06.2026
"Arsenal" və Madrid "Real"ının sabiq futbolçusu Məsut Özil Türkiyə Futbol Federasiyasının prezidenti ola bilər.
90deqiqe.Az-ın məlumatına görə, 37 yaşlı keçmiş yarımmüdafiəçi qurumun rəhbər postuna əsas namizədlərdən biri hesab olunur.
Xatırladaq ki, Məsut Özil futbolçu karyerasını üç il əvvəl başa vurub. Onun son klubu İstanbul təmsilçisi "Başakşəhər" olub.
Almaniyada dünyaya gələn Özil karyerası ərzində "Şalke", "Verder", "Arsenal", Madrid "Real"ı və "Fənərbağça" kimi klubların formasını geyinib. O, həmçinin Almaniya millisinin heyətində yüzə yaxın oyunda meydana çıxıb.
Məlumata görə, Türkiyə futbolunda gözlənilən dəyişikliklər fonunda Özilin federasiya rəhbərliyinə gətirilməsi ehtimalı müzakirə olunur.
Qeyd edək ki, Türkiyə millisi 2026-cı il dünya çempionatında uğursuz çıxış edib. Komanda D qrupunda qrup mərhələsini sonuncu pillədə başa vuraraq turnirlə erkən vidalaşıb.