3 iyul 2026. Cümə

Onana yenidən “Trabzonspor”da


Onana yenidən “Trabzonspor”da

“Mançester Yunayted” klubu qapıçı Andre Onananın növbəti mövsümdə də Türkiyənin “Trabzonspor” komandasında çıxış edəcəyini rəsmən təsdiqləyib.

90deqiqe.Az xəbər verir ki, kamerunlu qolkiperin icarə müqaviləsi daha bir il uzadılıb.

Qeyd edək ki, Onana ötən mövsümü də Trabzonda keçirib. O, Türkiyə çempionatında 29 oyunda meydana çıxıb və qapısında 35 qol görüb. Mövsümün yekununda “Trabzonspor” yalnız İstanbul təmsilçiləri “Qalatasaray” və “Fənərbağça”dan geri qalaraq bürünc medal qazanıb.

Andre Onana üç il əvvəl İtaliyanın “İnter” klubundan “Mançester Yunayted”ə transfer olunmuşdu.

Hazırda İngiltərə klubunun əsas qapıçısı belçikalı Senne Lammensdir. Onun əsas əvəzedicisi isə türkiyəli Altay Bayındır hesab olunur.







Türkiyə S.L.

Onana yenidən “Trabzonspor”da
  • Türkiyə S.L.
  • 22:18 03.07.2026
Onana yenidən “Trabzonspor”da