- Türkiyə S.L.
- 20:04 09.07.2026
Türkiyə Futbol Federasiyasında (TFF) Superliqanın 2026/2027-ci illər mövsümünün püşkatma mərasimi keçirilib.
90deqiqe.Az xəbər verir ki, püşkün nəticəsinə əsasən, yeni mövsümün ilk turunun qarşılaşmaları müəyyənləşib.
Mövsümün açılış turunun oyunları avqustun 14-17-də keçiriləcək. Çempionatda qış fasiləsi dekabrın 21-də başlayacaq, komandalar isə yanvarın 15-dən etibarən yenidən mübarizəyə qoşulacaqlar. Mövsümə 2027-ci il mayın 23-də yekun vurulacaq.
TFF-dən bildirilib ki, oyun təqvimi simmetrik sistem əsasında tərtib olunub. Bu səbəbdən ikinci dövrənin görüşləri ilk dövrənin tam əksi ardıcıllığında keçiriləcək.
Türkiyə Superliqası, I tur: