- Türkiyə S.L.
- 21:03 18.07.2026
"Beşiktaş"ın prezidenti Serdal Adalı Misir millisinin hücumçusu Məhəmməd Salahın transferi ilə bağlı yayılan xəbərlərə münasibət bildirib.
90deqiqe.Az-ın məlumatına görə, Klub rəhbəri təsdiqləyib ki, tərəflər futbolçu ilə razılığa gəlib. Lakin son mərhələdə oyunçunun meneceri razılaşdırılmış maliyyə şərtlərini dəyişməyə çalışıb.
"Salahın transferi hələ yekunlaşmayıb. İctimaiyyətə transferin başa çatdığı barədə xəbərlər yayılandan sonra menecerlər razılaşdırılmış məbləği dəyişmək və onu həddindən artıq artırmaq istədilər. Biz bunu qəbul etmədik. Danışıqlar davam edir", – deyə Adalı bildirib.
"Beşiktaş" prezidenti vurğulayıb ki, klub Məhəmməd Salahı heyətində görmək istəyir və futbolçu ilə bütün əsas məsələlər üzrə razılıq əldə olunub.
"Biz Salahı çox istəyirik və futbolçu ilə bütün məsələlərdə ortaq məxrəcə gəlmişik. Ancaq hər kəs bilməlidir ki, bizim üçün əsas olan "Beşiktaş"ın maraqlarıdır. Bütün addımlarımızı da məhz bu prinsiplə atırıq. Azarkeşlərimiz rahat olsun", – deyə Serdal Adalı əlavə edib.
Qeyd edək ki, daha əvvəl Məhəmməd Salahın "Liverpul"dan ayrıldıqdan sonra "Beşiktaş"la "1+1" illik müqavilə imzalamağa yaxın olduğu barədə məlumat yayılmışdı.