- Türkiyə S.L.
- 00:27 22.07.2026
"Qalatasaray" yarımmüdafiəçi Mario Lemina ilə müqavilənin müddətini uzadıb.
90deqiqe.Az klubun rəsmi saytına istinadla xəbər verir ki, İstanbul təmsilçisi Qabon millisinin üzvü ilə iki illik yeni sözləşmə imzalayıb.
32 yaşlı futbolçu bir il yarım əvvəl İngiltərənin "Vulverhempton" klubundan "Qalatasaray"a transfer olunmuşdu. O, ötən mövsüm bütün turnirlərdə 41 oyunda meydana çıxaraq 3 qol və 2 məhsuldar ötürmə ilə yadda qalıb.
Qeyd edək ki, Mario Lemina indiyədək "Qalatasaray"ın heyətində ümumilikdə üç il yarım çıxış edib. Təcrübəli yarımmüdafiəçi bu müddətdə iki dəfə Türkiyə çempionu olub, bir dəfə isə Türkiyə Kubokunu qazanıb.