- Türkiyə S.L.
- 00:05 28.07.2026
Türkiyənin "Qalatasaray" klubu Avstriyadakı yay təlim-məşq toplanışı çərçivəsində keçirdiyi növbəti yoldaşlıq görüşündə İtaliyanın "Venesiya" komandasına 0:3 hesabı ilə məğlub olub.
90deqiqe.Az xəbər verir ki, qarşılaşma "Hofmann Personal Stadionu"nda baş tutub.
İtaliya təmsilçisinin qollarını 71-ci dəqiqədə Con Yeboah, 75-ci və 90+2-ci dəqiqələrdə isə Lion Lauberbax vurub.
"Qalatasaray"ın heyətində Barış Alper Yılmaz 90-cı dəqiqədə təyin olunan penaltidən yararlana bilməyib.
Beləliklə, İstanbul təmsilçisi Avstriya toplanışı çərçivəsində keçirdiyi ikinci yoldaşlıq oyununda da məğlubiyyətlə üzləşib.
Xatırladaq ki, "Qalatasaray" hazırlıq düşərgəsində keçirdiyi ilk oyunda da İtaliyanın digər təmsilçisi "Monza"ya 0:2 hesabı ilə uduzmuşdu.