- Türkiyə S.L.
- 23:59 31.07.2026
Türkiyənin "Beşiktaş" klubunun baş məşqçisi Vinçenso İtalyano karyerasını İtaliyada davam etdirmək variantlarının da olduğunu təsdiqləyib.
90deqiqe.Az xəbər verir ki, italiyalı mütəxəssis xüsusilə "Napoli"nin onun xidmətində maraqlı olması ilə bağlı yayılan iddialara münasibət bildirib.
"Aurelio De Laurentislə aramızda hər zaman qarşılıqlı hörmət olub. Amma hər kəs öz seçimini edir. Konkret heç nə yox idi. Yalnız onu deyə bilərəm ki, "Bolonya"dan ayrılmağım "Napoli" ilə əldə olunmuş hər hansı razılaşma ilə bağlı deyildi. Bu qərarı tam müstəqil şəkildə vermişdim", – deyə İtalyano bildirib.
Qeyd edək ki, "Napoli" sonda baş məşqçi postuna Massimiliano Alleqrini gətirib. Təcrübəli mütəxəssis ötən mövsüm "Milan"ı çalışdırmışdı.