- Türkiyə S.L.
- 23:59 31.07.2026
Bir müddətdir Türkiyənin "Beşiktaş" klubu ilə adı hallanan, son günlər isə transfer danışıqlarında problemlərin yarandığı bildirilən Məhəmməd Salahla bağlı yeni iddialar ortaya çıxıb.
90deqiqe.Az xəbər verir ki, bəzi KİV-lərdə misirli ulduzun "Trabzonspor"la razılığa gəldiyi barədə məlumatlar yayılıb.
Bununla bağlı "Trabzonspor"un prezidenti Ərtoğrul Doğan açıqlama verərək yayılan xəbərləri qəti şəkildə təkzib edib.
"Bu iddiaları daha neçə dəfə təkzib etməliyəm? Belə bir gündəmimiz yoxdur", – deyə klub prezidenti 61saat nəşrinə bildirib.
Beləliklə, "Trabzonspor" rəhbərliyi Məhəmməd Salahın transferi ilə bağlı yayılan xəbərlərin həqiqəti əks etdirmədiyini rəsmən açıqlayıb.