1 avqust 2026. Şənbə

"Fənərbağça"nın borcu ilə bağlı şok rəqəm açıqlandı


"Fənərbağça"nın borcu ilə bağlı şok rəqəm açıqlandı

Türkiyənin "Fənərbağça" klubunun Yüksək Divan Şurasının iclasında klubun maliyyə vəziyyəti ilə bağlı hesabat təqdim olunub.

90deqiqe.Az xəbər verir ki, Faruk Ilgaz İstirahət Kompleksində keçirilən iclasda Təftiş Şurasının sədri Mehmet Vodina 1 iyun 2025-ci il - 31 may 2026-cı il tarixlərini əhatə edən maliyyə hesabatını açıqlayıb.

Hesabata görə, klubun qısamüddətli öhdəlikləri 17 milyard 195 milyon türk lirəsi, uzunmüddətli öhdəlikləri isə 10 milyard 776 milyon türk lirəsi təşkil edir.

Bununla yanaşı, "Fənərbağça"nın yığılmış özkapital zərərinin 1 milyard 538 milyon lirə olduğu bildirilib.

Qeyd olunub ki, 31 may 2026-cı il tarixinə klubun ümumi borcu 27 milyard 961 milyon türk lirəsinə çatıb.







Türkiyə S.L.