- Türkiyə S.L.
- 18:07 01.08.2026
Beynəlxalq Futbol Federasiyası (FİFA) Türkiyənin dörd klubuna transfer qadağası tətbiq edib.
90deqiqe.Az xəbər verir ki, bu barədə qurumun rəsmi saytında yer alan transfer qadağaları siyahısının yenilənmiş versiyasında məlumat verilib.
FİFA-nın açıqlamasına əsasən, "Gənclərbirliyi", "Antalyaspor" və "Pendikspor" klublarına üç transfer dövrünü əhatə edən qadağa qoyulub.
"Hatayspor"a tətbiq olunan transfer qadağasının isə klub tələb olunan şərtləri yerinə yetirərək sanksiyanın ləğvinə nail olanadək qüvvədə qalacağı bildirilib.
FİFA hələlik sözügedən klublara tətbiq edilən sanksiyaların səbəbləri ilə bağlı əlavə məlumat açıqlamayıb.