- Türkiyə S.L.
- 00:58 05.08.2026
"Trabzonspor"un prezidenti Ertuğrul Doğan komandanın misirli ulduz futbolçu Məhəmməd Salahın transferini açıqlamasından sonra ilk açıqlamasını verib.
90deqiqe.Az-ın məlumatına görə, klub rəhbəri "A Spor"a açıqlamasında Salah kimi futbolçuya ehtiyaclarının olduğunu bildirib.
"Salah kimi bir oyunçuya ehtiyacımız var idi. Düşünürəm ki, bu, çox gözəl olacaq. Cəmiyyətimiz üçün xeyirli olsun. Mətbuat nümayəndələrinə qarşı bir qədər üzr istəyirik. Lakin transfer prosesinin hər hansı şəkildə pozulmaması və hər şeyin sağlam şəkildə irəliləməsi üçün bu məsələni mümkün qədər gizli saxlamaq məcburiyyətində idik", - deyə Ertuğrul Doğan bildirib.
"Trabzonspor"un prezidenti Salah və onun meneceri ilə danışıqlar apardığını da qeyd edib.
"Salahla görüşdüm. Meneceri ilə də danışdım. Çox peşəkar, qarşılıqlı hörmət çərçivəsində, hər iki tərəfin bir-birini anladığı və heç bir çətinlik yaşanmayan danışıqlar oldu. Təxminən 10 gün ərzində müzakirələr apardıq. Dünən etibarilə hər şey dəqiqləşdi", - deyə klub rəhbəri vurğulayıb.