22 sentyabr 2026. Çərşənbə axşamı

"Ərzurumspor" Nəriman Axundzadənin transferini rəsmiləşdirdi


"Ərzurumspor" Nəriman Axundzadənin transferini rəsmiləşdirdi

Azərbaycan millisinin hücumçusu Nəriman Axundzadə karyerasını Türkiyədə davam etdirəcək.

90deqiqe.Az-ın məlumatına görə, Türkiyənin "Ərzurumspor" klubu 22 yaşlı futbolçunun transferini rəsmiləşdirib. Tərəflər arasında 2026/2027 mövsümünün sonunadək nəzərdə tutulan birillik icarə müqaviləsi imzalanıb.

İmzalanma mərasimində "Ərzurumspor"un prezidenti Ahmet Dal da iştirak edib.

Qeyd edək ki, Nəriman Axundzadənin transfer hüquqları ABŞ-nin MLS təmsilçisi "Kolambus Kryu" klubuna məxsusdur. Azərbaycanlı futbolçu cari ilin fevral ayında "Qarabağ"dan Amerika klubuna keçərək 3,5 illik müqaviləyə imza atmışdı.

Beləliklə, gənc hücumçu yeni mövsümdə oyun təcrübəsini artırmaq məqsədilə Türkiyə təmsilçisinin uğurları üçün mübarizə aparacaq.







Türkiyə S.L.

“Beşiktaş” səfərdə məğlub oldu
  • Türkiyə S.L.
  • 23:18 20.09.2026
“Beşiktaş” səfərdə məğlub oldu
“Fənərbağça”dan tarixi darmadağın
  • Türkiyə S.L.
  • 22:11 20.09.2026
“Fənərbağça”dan tarixi darmadağın
“Fənərbağça” səfərdə xal itirdi
  • Türkiyə S.L.
  • 23:05 14.09.2026
“Fənərbağça” səfərdə xal itirdi