- Türkiyə S.L.
- 21:47 10.08.2026
Türkiyəli jurnalist Burhan Terzi Almaniya millisinin və Münhen “Bavariya”sının futbolçusu Camal Musialanın “Qalatasaray”a transferi ilə bağlı yaydığı məlumat səbəbindən saxlanılıb.
90deqiqe.Az-ın “Halk TV”ə istinadən məlumatına görə, jurnalist ifadə vermək üçün polis bölməsinə aparılıb.
Bildirilib ki, prosedur bir qrup futbol azarkeşinin müraciətindən sonra başladılıb. Azarkeşlər Terzini idman ictimaiyyətini bilərəkdən yanlış məlumatlandırmaqda ittiham ediblər.
Burhan Terzi daha əvvəl Camal Musialanın “Qalatasaray”a keçəcəyini iddia edib. Lakin İstanbul klubu yaydığı rəsmi açıqlamada bu məlumatı təkzib edib.
Qeyd edək ki, Camal Musiala 2020-ci ilin yayından “Bavariya”nın formasını geyinir. 23 yaşlı yarımmüdafiəçi Münhen klubunun heyətində bütün turnirlərdə 231 oyuna çıxıb, 69 qol vurub və 45 məhsuldar ötürmə edib.