10 avqust 2026. Bazar ertəsi

“Trabzonspor”un borcu açıqlandı


“Trabzonspor”un borcu açıqlandı

Türkiyə Super Liqasında yeni mövsüm öncəsi futbolçu satışlarından rekord gəlir əldə edən “Trabzonspor”un maliyyə göstəriciləri açıqlanıb.

90deqiqe.Az-ın məlumatına görə, "bordo-mavililər" bu yay Krist Oulai, Felipe Auqusto, Salih Malkoçoğlu, Matias Lövik, Aleksandr Zubkov, Arif Boşluk və Sərdar Saatçının transferlərindən ümumilikdə 52,3 milyon avro gəlir əldə edib. Bu, klub tarixində bir mövsüm ərzində futbolçu satışından əldə olunan rekord gəlir olub.

“Trabzonspor” heyətinə yeni futbolçular cəlb etmək üçün isə 42,17 milyon avro xərcləyib. Klub Aral Şimşir, Saviolo, Enişan Muçi, Kabral, Mitonqo, Melih Kabasakal və Cenk Özkaçara görə transfer haqqı ödəyib.

Bundan başqa, Türkiyə təmsilçisi Məhəmməd Salah, Ruslan Malinovski, Samet Akaydın, Tyerri Karadeniz və Metehan Mimaroğlunu azad agent statusunda heyətinə qatıb.

Məhəmməd Salahın transferi “Trabzonspor”a kommersiya baxımından da ciddi gəlir gətirib. Klubun kombinə biletlərinin satışı 18 mini keçərək yeni rekord müəyyənləşdirib.

“Trabzonspor”un prezidenti Ərtuğrul Doğan isə yalnız bilet satışından əldə olunan dövriyyənin 450 milyon lirəni keçdiyini açıqlayıb.

Klubun rəsmi saytında yayılan məlumatda bildirilib ki, “Trabzonspor Sportif Yatırım ve Futbol İşletmeciliği Ticaret AŞ”nin 1 iyun 2025 – 31 may 2026-cı il tarixlərini əhatə edən maliyyə hesabatları Türkiyənin İctimaiyyəti Aydınlatma Platformasında (KAP) açıqlanıb.

Hesabata əsasən, şirkətin 31 may 2026-cı il tarixinə xalis borcu 5,9 milyard türk lirəsi təşkil edib.

Klubun açıqlamasında qeyd olunub ki, qısamüddətli və uzunmüddətli borclardan 2,1 milyard lirə həcmində dövriyyə aktivləri, inflyasiya uçotu ilə bağlı hər hansı nağd pul çıxışı tələb etməyən 2,7 milyard lirə və əlaqəli tərəflərlə əməliyyatlar nəzərə alınaraq hesablandıqda, şirkətin xalis borcunun 5,9 milyard lirə olduğu müəyyənləşir.







Türkiyə S.L.

“Trabzonspor”un borcu açıqlandı
  • Türkiyə S.L.
  • 21:47 10.08.2026
“Trabzonspor”un borcu açıqlandı