13 avqust 2026. Cümə axşamı

Vlahoviçin “Beşiktaş”da alacağı maaş bəlli oldu


Vlahoviçin “Beşiktaş”da alacağı maaş bəlli oldu

Türkiyənin “Beşiktaş” klubu serbiyalı hücumçu Duşan Vlahoviçlə müqavilə imzalanıb.

90deqiqe.Az-ın məlumatına görə, bu barədə İstanbul təmsilçisi Türkiyənin İctimaiyyəti Məlumatlandırma Platformasına (KAP) göndərdiyi açıqlamada məlumat yayıb.

Bildirilib ki, 26 yaşlı forvardla 2026/2027 mövsümündən qüvvəyə minməklə 2028/2029 mövsümünün sonuna qədər üçillik müqavilə imzalanıb. Vlahoviçə hər mövsüm üçün 7,5 milyon avro zəmanətli maaş ödəniləcək.

“Qara-ağlar” serbiyalı futbolçu üçün imza mərasimini cümə günü saat 19:03-də “Tüpraş” stadionunda keçirəcək.

Dusan Vlahoviçin “Beşiktaş”da 28 nömrəli formanı geyinəcəyi də dəqiqləşib.

Karyerasına ölkəsinin “Partizan” klubunda başlayan Vlahoviç 2018-ci ildə İtaliyanın “Fiorentina” komandasına transfer olunub. Burada dörd il ərzində nümayiş etdirdiyi performansla diqqət çəkən hücumçu 2022-ci ildə təxminən 85 milyon avro qarşılığında “Yuventus”a keçib.

Qeyd edək ki, azad agent statusunda olan Vlahoviç ötən mövsüm “Yuventus”un heyətində 23 rəsmi oyunda meydana çıxıb və 10 qol vurub.







Türkiyə S.L.

“Trabzonspor”un borcu açıqlandı
  • Türkiyə S.L.
  • 21:47 10.08.2026
“Trabzonspor”un borcu açıqlandı