- Türkiyə S.L.
- 22:25 15.08.2026
Türkiyə Super Liqasının 2026/2027 mövsümünün I turunda “Kasımpaşa” ilə “Trabzonspor” komandaları üz-üzə gəlib.
90deqiqe.Az xəbər verir ki, İstanbulda yerləşən “Rəcəb Tayyib Ərdoğan” stadionunda keçirilən qarşılaşma 1:1 hesablı heç-heçə ilə başa çatıb.
“Trabzonspor” 43-cü dəqiqədə Nuh Saviolo ilə hesabı açıb. “Kasımpaşa” isə 56-cı dəqiqədə penaltidən Adrian Benedyçakın qolu ilə tarazlığı bərpa edib.
Qarşılaşmanın qalan dəqiqələrində komandalar fərqlənə bilməyiblər.
Qeyd edək ki, “Trabzonspor” növbəti turda doğma meydanda “Başakşehir”i qəbul edəcək. “Kasımpaşa” isə “Çorum FK”nın qonağı olacaq.