1 oktyabr 2026. Cümə axşamı

“Beşiktaş” Super Liqada mövsümə qələbə ilə başlayıb


“Beşiktaş” Super Liqada mövsümə qələbə ilə başlayıb

Türkiyə Super Liqasında 2026/2027 mövsümünün ilk turunun oyunları keçirilir.

90deqiqe.Az-ın məlumatına görə,ilk turda “Beşiktaş” doğma meydanda “Eyüpspor”u qəbul edib. Görüş İstanbul təmsilçisinin 1:0 hesablı qələbəsi ilə başa çatıb.

Qarşılaşmanın taleyini ilk hissədə vurulan yeganə qol müəyyənləşdirib. “Beşiktaş”ın futbolçusu Çerni fərqlənərək komandasına üç xal qazandırıb.

“Eyüpspor” 68-ci dəqiqədə azlıqda qalıb. Da Kosta ikinci sarı vərəqə alaraq meydandan kənarlaşdırılıb.

Qeyd edək ki, “Beşiktaş” bu mövsüm keçirdiyi 5 rəsmi oyunun hamısında qələbə qazanıb və bütün görüşlərdə qapısını toxunulmaz saxlayıb.

İlk turda “Qalatasaray”, “Fənərbağça” və “Trabzonspor”un xal itirməsindən yararlanan “Beşiktaş” çempionata 3 xalla başlayıb.







Türkiyə S.L.

“Beşiktaş” səfərdə məğlub oldu
  • Türkiyə S.L.
  • 23:18 20.09.2026
“Beşiktaş” səfərdə məğlub oldu