20 avqust 2026. Cümə axşamı

“Həyatımın ən pis ili idi”


“Həyatımın ən pis ili idi”

“Fənərbağça”ya transfer olunan Romelu Lukaku “Napoli”də keçirdiyi dönəm barədə sərt fikirlər səsləndirib.

90deqiqe.Az xəbər verir ki, belçikalı hücumçu “Sportmediaset”ə açıqlamasında İtaliya klubundan ayrılmasının səbəblərindən danışıb.

“Bu, həyatımın ən pis ili idi. Niyə ayrılmaq qərarına gəldim? Müəyyən şeylər eşitdim, müəyyən qərarlar qəbul edildi... Vəssalam. Hadisələrin necə cərəyan etdiyini nəzərə alsaq, mənim üçün getmək daha yaxşı idi.

Formada olmadığım barədə deyilənlər yalan idi. Yəqin ki, İtaliyada məni boykot etmək üçün belə danışırdılar. Mən 100 faiz hazıram”, - deyə Lukaku bildirib.

Qeyd edək ki, “Fənərbağça” Çempionlar Liqasının təsnifat mərhələsində ilk oyununu avqustun 19-da doğma meydanda “Lion”a qarşı keçirib. Qarşılaşma 1:1 hesabı ilə başa çatıb.

Lukaku oyuna 82-ci dəqiqədə daxil olub, lakin fərqlənə bilməyib.







Türkiyə S.L.

“Həyatımın ən pis ili idi”
  • Türkiyə S.L.
  • 00:39 20.08.2026
“Həyatımın ən pis ili idi”
“Fənərbağça” səfərdə uduzdu
  • Türkiyə S.L.
  • 00:32 16.08.2026
“Fənərbağça” səfərdə uduzdu
“Trabzonspor”un borcu açıqlandı
  • Türkiyə S.L.
  • 21:47 10.08.2026
“Trabzonspor”un borcu açıqlandı