6 oktyabr 2026. Çərşənbə axşamı

“Qalatasaray” səfərdə “Ərzurumspor”u darmadağın etdi


“Qalatasaray” səfərdə “Ərzurumspor”u darmadağın etdi

Türkiyə Super Liqasının 2-ci turunda “Qalatasaray” səfərdə “Ərzurumspor” ilə qarşılaşıb.

90deqiqe.Az-ın məlumatına görə, İstanbul təmsilçisi “Kazım Karabəkir” stadionunda keçirilən görüşdə rəqibini 4:0 hesabı ilə məğlub edib.

“Qalatasaray”ın qollarını 12-ci dəqiqədə Roland Şallai, 20-ci dəqiqədə Yunus Akgün və 45, 80-ci dəqiqələrdə Viktor Osimhen vurub.

Nigeriyalı hücumçu qarşılaşmada 2 qola imza atmaqla yanaşı, Yunus Akgünün fərqləndiyi epizodda məhsuldar ötürmə ilə də yadda qalıb.

Bu qələbədən sonra xallarının sayını 4-ə çatdıran “Qalatasaray” növbəti turda doğma meydanda “Göztəpə”ni qəbul edəcək. “Ərzurumspor” isə səfərdə “Gənclərbirliyi” ilə üz-üzə gələcək.







Türkiyə S.L.