- Türkiyə S.L.
- 01:02 22.08.2026
"Bavariya"nın sabiq qapıçısı Aleksandr Nübel “Beşiktaş”a keçdikdən sonra Avropa futbolunda diqqətçəkən rekorda imza atıb.
90deqiqe.Az-ın məlumatına görə, Almaniyalı qapıçı İstanbul klubunda keçirdiyi ilk 6 oyunun hamısında qapısını toxunulmaz saxlayıb. Bununla da Nübel XXI əsrdə Avropada yeni klubunda keçirdiyi ilk 6 matçın hər birində qol buraxmayan ilk qapıçı olub.
Belə göstəriciyə sonuncu dəfə 1998-ci ildə “Arsenal”da çıxış edən avstriyalı qapıçı Aleksandr Manninqer nail olub. O, London klubunda ilk 6 matçında qapısını toxunulmaz saxlamışdı.
Nübelin bu seriyası onun “Beşiktaş”dakı uğurlu çıxışının əsas göstəricilərindən biri kimi diqqət çəkib.
Qeyd edək ki, “Beşiktaş” növbəti oyununu bazar günü Türkiyə çempionatında keçirəcək. İstanbul təmsilçisi “Alanyaspor”la qarşılaşacaq.