22 avqust 2026. Şənbə

Milli komandanın rəhbərliyi Toral Bayramovu Türkiyədə canlı izləyib


Milli komandanın rəhbərliyi Toral Bayramovu Türkiyədə canlı izləyib

Azərbaycan milli komandasının baş məşqçisi Ayxan Abbasov və yığmanın idman direktoru İlqar Qurbanov Türkiyədə səfərdə olublar.

90deqiqe.Az-ın məlumatına görə, mütəxəssislər Türkiyə I Liqasının III turunda keçirilən “Karagümrük” – “Bursaspor” qarşılaşmasını tribunadan canlı izləyiblər. Onların əsas məqsədi Bursa təmsilçisinin formasını geyinən Azərbaycan millisinin üzvü Toral Bayramovun çıxışını yerində dəyərləndirmək olub.

Start heyətində meydana çıxan Toral Bayramov matçın 17-ci dəqiqəsində sarı vərəqə ilə cəzalandırılıb. Müdafiəçi ikinci hissənin əvvəlində əvəzlənib.

Görüşün yekununda “Bursaspor” rəqibinə 1:2 hesabı ilə məğlub olub. Toral Bayramov isə matçın ən aşağı fərdi qiymətləndirməsini – 6,3 bal alıb.

Qeyd edək ki, Ayxan Abbasovun rəhbərlik etdiyi Azərbaycan millisi qarşıdakı oyunlarda heyət seçimi zamanı legionerlərin çıxışını da yaxından izləyir.







Türkiyə S.L.

“Həyatımın ən pis ili idi”
  • Türkiyə S.L.
  • 00:39 20.08.2026
“Həyatımın ən pis ili idi”
“Fənərbağça” səfərdə uduzdu
  • Türkiyə S.L.
  • 00:32 16.08.2026
“Fənərbağça” səfərdə uduzdu