16 sentyabr 2026. Çərşənbə

“Fənərbağça” “Konyaspor”u 4 qolla məğlub etdi


“Fənərbağça” “Konyaspor”u 4 qolla məğlub etdi

Türkiyə Super Liqasının 2-ci turunda “Fənərbağça” doğma meydanda “Konyaspor”u qəbul edib.

 90deqiqe.Az-ın məlumatına görə, Kadıköydə keçirilən qarşılaşma İstanbul klubunun 4:2 hesablı qələbəsi ilə başa çatıb.

“Fənərbağça” 7-ci dəqiqədə Vedat Muriqinin qolu ilə hesabı açıb. “Konyaspor” 11-ci dəqiqədə Ebrima Kollinin qolu ilə cavab verərək hesabı bərabərləşdirib.

Meydan sahibləri 20-ci dəqiqədə Meyson Qrinvudun qolu ilə yenidən önə keçib. 33-cü dəqiqədə Marko Asensio fərqlənərək “Fənərbağça”nın üstünlüyünü iki topa çatdırıb. Asensionun qolunda məhsuldar ötürməni də Qrinvud edib.

İkinci hissənin 49-cu dəqiqəsində Qrinvud daha bir dəfə fərqlənərək dubla imza atıb və hesabı 4:1-ə çatdırıb.

“Konyaspor” 90+4-cü dəqiqədə Deniz Türüçün qolu ilə fərqi azaltsa da, İstanbul təmsilçisinin qələbəsinə mane ola bilməyib.

Bu nəticədən sonra xallarını 3-ə çatdıran “Fənərbağça” növbəti turda səfərdə “Samsunspor”la qarşılaşacaq. “Konyaspor” isə doğma meydanda “Kocaelispor”u qəbul edəcək.







Türkiyə S.L.

“Fənərbağça” səfərdə xal itirdi
  • Türkiyə S.L.
  • 23:05 14.09.2026
“Fənərbağça” səfərdə xal itirdi
“Beşiktaş”dan inamlı qələbə
  • Türkiyə S.L.
  • 23:00 11.09.2026
“Beşiktaş”dan inamlı qələbə