- Türkiyə S.L.
- 14:18 23.08.2026
Türkiyənin “Fənərbağça” klubu Superliqanın II turunda “Konyaspor”la qarşılaşmada başından zədə alan Kerem Aktürkoğlunun səhhəti ilə bağlı açıqlama yayıb.
90deqiqe.Az klubun rəsmi saytına istinadla xəbər verir ki, 27 yaşlı vinger nəzarət məqsədilə xəstəxanaya yerləşdirilib və burada planlaşdırılmış müayinələrdən keçib.
Futbolçunun tomoqrafiya müayinəsində hər hansı problem aşkarlanmayıb. Kerem Aktürkoğlu bu gün də həkim nəzarətində saxlanılacaq və sabah xəstəxanadan evə buraxılması nəzərdə tutulur.
Qeyd edək ki, “Fənərbağça” “Konyaspor”u 4:2 hesabı ilə məğlub edib. Kerem Aktürkoğlu qarşılaşmada 54-cü dəqiqədə əvəzlənib.