24 avqust 2026. Bazar ertəsi

“Beşiktaş”ın qələbə seriyası “Alanyaspor” səfərində sona çatdı


“Beşiktaş”ın qələbə seriyası “Alanyaspor” səfərində sona çatdı

Türkiyə Super Liqasının II turunda “Beşiktaş” səfərdə “Alanyaspor”a 0:1 hesabı ilə məğlub olub.

90deqiqe.Az-ın məlumatına görə, qarşılaşmanın ilk hissəsi qolsuz bərabərliklə başa çatıb. İkinci hissədə də uzun müddət hesab dəyişməyib. Matçın 73-cü dəqiqəsində künc zərbəsindən sonra Lima “Alanyaspor”un qələbə qolunu vurub.

Qalan dəqiqələrdə hesab dəyişməyib və meydan sahibləri minimal hesablı qələbə qazanıblar. Bununla da “Alanyaspor” çempionatda ilk qələbəsini əldə edib, “Beşiktaş” isə ilk məğlubiyyətini alıb.

Qeyd edək ki, Vinçentso İtalyanonun rəhbərliyi altında “Beşiktaş” “Alanyaspor”la oyuna qədər Avropa Liqası və Super Liqada keçirdiyi 6 rəsmi matçın hamısında qələbə qazanmışdı.

“Alanyaspor”a məğlubiyyət İstanbul təmsilçisinin qələbə seriyasına son qoyub və komanda mövsümdə ilk dəfə meydanı xalsız tərk edib.

“Beşiktaş” həftəiçi Avropa Liqasında “Kauno Jalgiris”lə qarşılaşacaq. İstanbul təmsilçisi növbəti turda isə doğma meydanda “Çorum FK”nı qəbul edəcək. “Alanyaspor” isə səfərdə “Eyüpspor”un qonağı olacaq.







Türkiyə S.L.

“Həyatımın ən pis ili idi”
  • Türkiyə S.L.
  • 00:39 20.08.2026
“Həyatımın ən pis ili idi”