- Türkiyə S.L.
- 11:07 28.08.2026
Türkiyənin “Trabzonspor” klubunun rəhbərliyi baş məşqçi Fatih Tekkenin istefasını qəbul etməyib.
90deqiqe.Az-ın məlumatına görə, bu barədə Super Liqa təmsilçisinin mətbuat xidməti məlumat yayıb.
48 yaşlı mütəxəssis UEFA Avropa Liqasının pley-off mərhələsinin cavab oyununda Macarıstanın “Ferentsvaroş” komandasına 0:4 hesabı ilə məğlub olduqdan sonra istefa verdiyini açıqlamışdı.
Lakin “Trabzonspor”un İdarə Heyəti Fatih Tekkenin istefa qərarını qəbul etməyib. Klub rəhbərliyi təcrübəli çalışdırıcının komandanın başında qalmasına qərar verib.
Beləliklə, Fatih Tekke Super Liqanın növbəti turunda “Amedspor”la keçiriləcək qarşılaşmada komandanı meydana çıxaracaq.
Qeyd edək ki, “Trabzonspor” Avropa Liqasının pley-off mərhələsində mübarizəni dayandırsa da, UEFA Konfrans Liqasının əsas mərhələsində çıxış edəcək.