- Türkiyə S.L.
- 23:02 29.08.2026
Türkiyənin “Fənərbağça” klubu Sofyan Amrabatla yollarını ayırıb.
90deqiqe.Az-ın məlumatına görə, İstanbul təmsilçisi mərakeşli yarımmüdafiəçi ilə müqavilənin qarşılıqlı razılaşma əsasında ləğv edib.
Klubun açıqlamasında deyilir:
“2024/2025 mövsümündə heyətimizə qoşulan Sofyan Amrabatla qarşılıqlı razılaşma əsasında müqaviləyə xitam verilib. Sofyan Amrabata karyerasının bundan sonrakı mərhələsində uğurlar arzulayırıq”.
Qeyd edək ki, təcrübəli yarımmüdafiəçi əvvəlcə “Fənərbağça”ya icarə əsasında keçib, daha sonra onun transfer hüquqları Türkiyə klubuna məxsus olub. Amrabatın “Fənərbağça” ilə daha iki illik müqaviləsi var idi.
Mərakeşli futbolçu İstanbul klubunun heyətində 45 oyuna çıxıb, 3 qol vurub və 4 məhsuldar ötürmə verib.
Ötən mövsümü İspaniyanın “Betis” klubunda icarə əsasında keçirən Amrabat mövsüm başa çatdıqdan sonra “Fənərbağça”ya qayıtmışdı.
31 yaşlı futbolçu karyerası ərzində “Feyenoord”, “Utrext”, “Mançester Yunayted”, “Brügge” və “Verona” klublarında da çıxış edib.
“Fənərbağça” bundan əvvəl Cengiz Ündərlə də müqaviləyə xitam verərək yollarını ayırıb. İstanbul klubunu daha əvvəl Dominik Livakoviç, Emre Demir, Ömər Fayed, Entoni Musaba, Sidiki Şerif, Fred, İrfan Can Eğribayat və Emre Mor da tərk edib.