30 avqust 2026. Bazar günü

“Qalatasaray”dan əzmkar qələbə


“Qalatasaray”dan əzmkar qələbə

Türkiyə Super Liqasının III turunda “Qalatasaray” doğma meydanda “Göztəpə”ni qəbul edib.

90deqiqe.Az-ın məlumatına görə, RAMS Parkda keçirilən qarşılaşma İstanbul təmsilçisinin 3:2 hesablı qələbəsi ilə başa çatıb.

“Göztəpə” 16-cı dəqiqədə Novatus Miroşinin qolu ilə hesabı açıb. “Qalatasaray” 33-cü dəqiqədə Davinson Sançesin qolu ilə bərabərliyi təmin edib.

Meydan sahibləri ikinci hissədə üstünlüyü ələ alıblar. 55-ci dəqiqədə Qabriel Sara “Qalatasaray”ı önə keçirib. 63-cü dəqiqədə isə Viktor Osimhen penaltidən fərqlənərək hesabı 3:1 edib.

“Göztəpə” iki dəqiqə sonra Xuan Santosun qolu ilə fərqi minimuma endirsə də, qalan dəqiqələrdə hesabı bərabərləşdirə bilməyib.

Beləliklə, “Qalatasaray” mövsümdə ikinci qələbəsini qazanaraq xallarını 7-yə çatdırıb.

Növbəti turda “Qalatasaray” səfərdə “Başakşehir”lə qarşılaşacaq. “Göztəpə” isə doğma meydanda “Qaziantep FK”nı qəbul edəcək.







Türkiyə S.L.

“Qalatasaray”dan əzmkar qələbə
  • Türkiyə S.L.
  • 00:35 30.08.2026
“Qalatasaray”dan əzmkar qələbə