- Türkiyə S.L.
- 22:27 30.08.2026
Türkiyənin “Beşiktaş” klubu yarımmüdafiəçilər Amir Hacıametoviç və Al-Musrati ilə yollarını ayırıb.
90deqiqe.Az-ın məlumatına görə,İstanbul təmsilçisi hər iki futbolçu ilə müqavilənin qarşılıqlı razılaşma əsasında ləğv edildiyini KAP-a (İctimaiyyəti Məlumatlandırma Platforması) açıqlayıb.
Klubun Amir Hacıametoviçlə bağlı yaydığı açıqlamada bildirilib:
“Peşəkar futbolçumuz Amir Hacıametoviçlə müqaviləmiz qarşılıqlı razılaşma əsasında sona çatdırılıb.”
29 yaşlı bosniya və herseqovinalı futbolçu “Beşiktaş”ın heyətində ümumilikdə 60 oyuna çıxıb. O, bu görüşlərdə 1 qol vurub və 8 məhsuldar ötürmə edib.
“Qara-qartallar” Al-Musrati ilə bağlı da eyni məzmunlu açıqlama yayıb:
“Peşəkar futbolçumuz Almoatasembellah Ali Mohamed Al Musrati ilə müqaviləmiz qarşılıqlı razılaşma əsasında sona çatdırılıb.”
Beləliklə, “Beşiktaş” yay transfer pəncərəsinin son günlərində heyətində növbəti dəyişiklikləri həyata keçirib.