- Türkiyə S.L.
- 16:43 31.08.2026
Türkiyənin “Qaziantep” klubu baş məşqçi Mirel Radoi ilə yollarını ayırıb.
90deqiqe.Az klubun rəsmi saytına istinadla xəbər verir ki, rumıniyalı mütəxəssislə müqaviləyə qarşılıqlı razılıq əsasında xitam verilib.
Mirel Radoinin rəhbərliyi altında “Qaziantep” bu mövsüm Türkiyə Superliqasında üç qarşılaşma keçirib. Komanda həmin oyunların birində qələbə qazanıb, birində heç-heçə edib, bir matçda isə meydanı məğlubiyyətlə tərk edib.
Beləliklə, Radoi mövsümün əvvəlində komandanın baş məşqçisi postundan ayrılıb.