1 sentyabr 2026. Çərşənbə axşamı

“Beşiktaş”dan darmadağın - Vlahoviç het-trik etdi


“Beşiktaş”dan darmadağın  - Vlahoviç het-trik etdi

Türkiyə Super Liqasının 2026/27 mövsümünün 3-cü turunda “Beşiktaş” doğma meydanda “Çorum FK”nı qəbul edib.

90deqiqe.Az-ın məlumatına görə, qarşılaşma İstanbul təmsilçisinin böyükhesablı qələbəsi ilə başa çatıb – 6:2.

“Beşiktaş”ın qələbəsində het-trik edən Duşan Vlahoviç əsas rol oynayıb. Serbiyalı hücumçu ilə yanaşı, İlhan Fakılı da 1 qol və 1 məhsuldar ötürmə ilə yadda qalıb.

Qeyd edək ki, “Beşiktaş”ın yeni transferləri Fabio Miretti və Ernest Poku qarşılaşmaya sonradan daxil olaraq İstanbul klubunun heyətində ilk oyunlarına çıxıblar.

Vlahoviç isə karyerasında ilk dəfə “Beşiktaş”ın Super Liqa matçında start heyətində meydana çıxıb və het-triklə görüşün əsas qəhrəmanına çevrilib.

Bu, serbiyalı forvardın peşəkar karyerasında 3-cü het-triki olub.







Türkiyə S.L.

“Trabzonspor” səfərdə məğlub oldu
  • Türkiyə S.L.
  • 00:41 01.09.2026
“Trabzonspor” səfərdə məğlub oldu
“Qalatasaray”dan əzmkar qələbə
  • Türkiyə S.L.
  • 00:35 30.08.2026
“Qalatasaray”dan əzmkar qələbə