16 sentyabr 2026. Çərşənbə

“Trabzonspor” səfərdə məğlub oldu


“Trabzonspor” səfərdə məğlub oldu

Türkiyə Super Liqasının 2026/27 mövsümünün 3-cü turunun son oyununda “Trabzonspor” səfərdə “Amedspor”un qonağı olub.

90deqiqe.Az-ın məlumatına görə, Diyarbəkir stadionunda keçirilən qarşılaşmada 3 qol vurulub. “Trabzonspor” Salahın qolu ilə hesabı açıb. Meydan sahibləri Sorun qolu ilə bərabərliyi təmin ediblər.

İkinci hissədə meydana çıxan Gift Orban 90-cı dəqiqədə “Amedspor”a qələbə qazandıran qolu vurub. Görüş meydan sahiblərinin 2:1 hesablı qələbəsi ilə başa çatıb.

Beləliklə, səfərdə keçirdiyi ikinci oyunda da xal itirən “Trabzonspor” 4 xalla qalıb. “Amedspor” isə xallarının sayını 6-ya çatdırıb.

Qeyd edək ki, növbəti turda “Trabzonspor” doğma meydanda “Gənclərbirliyi”ni qəbul edəcək. “Amedspor” isə səfərdə “Kasımpaşa” ilə qarşılaşacaq.







Türkiyə S.L.

“Fənərbağça” səfərdə xal itirdi
  • Türkiyə S.L.
  • 23:05 14.09.2026
“Fənərbağça” səfərdə xal itirdi
“Beşiktaş”dan inamlı qələbə
  • Türkiyə S.L.
  • 23:00 11.09.2026
“Beşiktaş”dan inamlı qələbə