1 sentyabr 2026. Çərşənbə axşamı

“Trabzonspor” Fatih Tekke ilə yollarını ayırdı


“Trabzonspor” Fatih Tekke ilə yollarını ayırdı

Türkiyənin “Trabzonspor” klubunda baş məşqçi Fatih Tekke ilə yollar ayrılıb.

90deqiqe.Az-ın məlumatına görə, qərar komandanın ardıcıl məğlubiyyətlərindən sonra qəbul edilib. “Trabzonspor” son olaraq səfərdə “Amed SK”ya 1:2 hesabı ilə uduzub.

Klub rəhbərliyi Fatih Tekke ilə görüş keçirərək komandanın hazırkı vəziyyətini və gələcək planlarını müzakirə edib. Tərəflər arasında aparılan danışıqların yekununda qarşılıqlı razılaşma əsasında əməkdaşlığa son qoyulması qərara alınıb.

“Trabzonspor”un yaydığı açıqlamada Fatih Tekkenin klubda çalışdığı təxminən 18 aylıq müddətdə mühüm işlər gördüyü bildirilib. Qeyd olunub ki, mütəxəssis komandaya cəlb edilən futbolçuların inkişafına töhfə verib, həm idman, həm də iqtisadi baxımdan kluba əhəmiyyətli qazanc qazandırıb.

Fatih Tekkenin rəhbərliyi altında “Trabzonspor” Türkiyə Kubokunu da qazanıb.

Klub açıqlamasında hazırkı mərhələdə komandanın maraqlarını və gələcək hədəflərini nəzərə alaraq yeni yol xəritəsinin müəyyənləşdirilməsinin zəruri olduğu vurğulanıb.

“Trabzonspor” Fatih Tekkeyə klub üçün göstərdiyi əmək, fədakarlıq, qazandırdığı uğurlar və komandaya verdiyi dəyərə görə təşəkkür edib, onun gələcək karyerasında uğurlar arzulayıb.

Qeyd edək ki, Fatih Tekke 2025-ci ilin martından “Trabzonspor”a rəhbərlik edirdi.







Türkiyə S.L.

“Trabzonspor” səfərdə məğlub oldu
  • Türkiyə S.L.
  • 00:41 01.09.2026
“Trabzonspor” səfərdə məğlub oldu
“Qalatasaray”dan əzmkar qələbə
  • Türkiyə S.L.
  • 00:35 30.08.2026
“Qalatasaray”dan əzmkar qələbə