5 sentyabr 2026. Şənbə

“Qalatasaray” səfərdə “Başakşəhər”ə qalib gəldi


“Qalatasaray” səfərdə “Başakşəhər”ə qalib gəldi

Türkiyə Super Liqasında IV turun açılış qarşılaşması keçirilib.

90deqiqe.Az-ın məlumatına görə, turun ilk oyununda “Başakşəhər” doğma meydanda “Qalatasaray”ı qəbul edib. Fatih Terim adına stadionda baş tutan qarşılaşma qonaqların 3:2 hesablı qələbəsi ilə yekunlaşıb.

Görüşdə hesabı 17-ci dəqiqədə “Qalatasaray”ın hücumçusu Viktor Osimhen açıb. İstanbul klubunun üstünlüyü ilk hissənin sonuna qədər davam edib.

İkinci hissədə komandalar azarkeşlərə daha məhsuldar futbol nümayiş etdiriblər. “Başakşəhər” 66-cı dəqiqədə Eldor Şomurodovun qolu ilə hesabı bərabərləşdirib.

“Qalatasaray” cəmi beş dəqiqə sonra yenidən önə keçib. 71-ci dəqiqədə Lukas Torreyra fərqlənərək komandasını 2:1 hesabı ilə önə çıxarıb.

Lakin meydan sahibləri 76-cı dəqiqədə hesabı yenidən bərabərləşdiriblər. Bu dəfə “Qalatasaray”ın müdafiəçisi Davinson Sançes topu öz qapısına göndərərək avtoqola imza atıb.

“Başakşəhər”in vəziyyəti 79-cu dəqiqədə daha da çətinləşib. Uğur Bozok birbaşa qırmızı vərəqə alaraq meydandan qovulub və meydan sahibləri görüşün qalan hissəsini azlıqda keçiriblər.

“Qalatasaray” say üstünlüyündən son dəqiqələrdə yararlanıb. Qarşılaşmanın 90+1-ci dəqiqəsində Qabriel Sara komandasına qələbə qazandıran qola imza atıb.

Beləliklə, İstanbul təmsilçisi səfərdə “Başakşəhər”i 3:2 hesabı ilə məğlub edib.

Bu qələbədən sonra “Qalatasaray” xallarının sayını 10-a yüksəldərək turnir cədvəlinə liderlik edir. “Başakşəhər” isə 4 xalla kifayətlənib.







Türkiyə S.L.

“Trabzonspor” səfərdə məğlub oldu
  • Türkiyə S.L.
  • 00:41 01.09.2026
“Trabzonspor” səfərdə məğlub oldu