- Türkiyə S.L.
- 23:09 05.09.2026
Türkiyə Super Liqasının 2026/2027 mövsümünün ilk derbisi İstanbulun Kadıköy rayonunda keçirilib.
90deqiqe.Az xəbər verir ki, gərgin mübarizə şəraitində keçən qarşılaşmada “Beşiktaş” səfərdə “Fənərbağça”nı 2:1 hesabı ilə məğlub edib.
Oyunda hesabı 26-cı dəqiqədə meydan sahiblərinin müdafiəçisi Milan Şkrinyar açıb. “Beşiktaş” 38-ci dəqiqədə Rıdvan Yılmazın qolu ilə hesabı bərabərləşdirib. İlk hissə 1:1 hesabı ilə başa çatıb.
İkinci hissədə qonaqlar daha bir dəfə fərqləniblər. Duşan Vlahoviç 73-cü dəqiqədə “Beşiktaş”a qələbə qazandıran qolu vurub.
Beləliklə, “Beşiktaş” mövsümdə xallarının sayını 9-a çatdırıb. “Fənərbağça” isə çempionatın ilk 4 turunda ikinci məğlubiyyətini alaraq 6 xalla kifayətlənib.