7 sentyabr 2026. Bazar ertəsi

“Trabzonspor” “Gənclərbirliyi”ni darmadağın etdi


“Trabzonspor” “Gənclərbirliyi”ni darmadağın etdi

Türkiyə Super Liqasının IV turunda “Trabzonspor” doğma meydanda “Gənclərbirliyi”ni qəbul edib.

 90deqiqe.Az-ın məlumatına görə, “Papara Park”da keçirilən qarşılaşma meydan sahiblərinin böyükhesablı qələbəsi ilə yekunlaşıb – 5:0.

“Trabzonspor”un heyətində Pol Onuaçu 5-ci və 22-ci dəqiqələrdə fərqlənərək dubl edib. 14-cü dəqiqədə Məhəmməd Salah penaltidən yararlanaraq hesabı artırıb.

59-cu dəqiqədə Ernest Müçi, 78-ci dəqiqədə isə Frankulino Dju adlarını tabloya yazdırıblar.

Beləliklə, “Trabzonspor” rəqibini 5:0 hesabı ilə məğlub edərək aktivinə 3 xal əlavə edib.

Bu nəticədən sonra hər iki komandanın hesabında 7 xal var.

Super Liqanın V turunda “Trabzonspor” səfərdə “Konyaspor”la qarşılaşacaq. “Gənclərbirliyi” isə doğma meydanda “Kasımpaşa”nı qəbul edəcək.







Türkiyə S.L.

“Trabzonspor” səfərdə məğlub oldu
  • Türkiyə S.L.
  • 00:41 01.09.2026
“Trabzonspor” səfərdə məğlub oldu