9 sentyabr 2026. Çərşənbə

Türkiyədə 22 yaşlı qadın məşqçi kişi futbol komandasına başçılıq edəcək


Türkiyədə 22 yaşlı qadın məşqçi kişi futbol komandasına başçılıq edəcək

Türkiyənin “Turqutluspor” klubunda baş məşqçi vəzifəsinə 22 yaşlı Zeynəb Mestan təyin olunub.

90deqiqe.Az-ın “NTV Spor”a istinadən məlumatına görə, Türkiyə Super Həvəskar Liqasında mübarizə aparan Manisa təmsilçisi yeni mövsüm öncəsi gənc mütəxəssislə müqavilə imzalayıb.

Klubun açıqlamasında Zeynəb Mestanın yalnız komandanın baş məşqçisi kimi fəaliyyət göstərməyəcəyi, eyni zamanda “Turqutluspor”da həyata keçirilən yeni quruculuq və texniki strukturlaşma prosesinə rəhbərlik edəcəyi bildirilib.

2004-cü ildə İzmir şəhərində anadan olan Zeynəb Mestanın futbolçu karyerası da olub. Türkiyə Futbol Federasiyasının (TFF) məlumatına əsasən, o, futbolçu karyerasına 2019-cu ildə “Karşıyaka Bədən Tərbiyəsi və İdman Təhsil Mərkəzi” klubunda başlayıb.

Mestan daha sonra müxtəlif həvəskar komandalarda çıxış edib. O, futbolçu karyerasından sonra məşqçilik fəaliyyətinə başlayaraq bu dəfə “Turqutluspor”un sükanı arxasına keçib.

22 yaşlı mütəxəssisin təyinatı Türkiyə futbolunda diqqətçəkən hadisələrdən biri kimi qiymətləndirilir.







Türkiyə S.L.

“Trabzonspor” səfərdə məğlub oldu
  • Türkiyə S.L.
  • 00:41 01.09.2026
“Trabzonspor” səfərdə məğlub oldu