- Türkiyə S.L.
- 00:26 11.09.2026
“Fənərbağça”nın baş məşqçisi İsmail Kartal UEFA Çempionlar Liqasının ilk turunda “Roma” ilə oyundan sonra istefa verdiyini açıqlayıb.
90deqiqe.Az-ın məlumatına görə, matçdan sonra mətbuat konfransında çıxış edən 3 aydır “Fənərbağça”nı çalışdıran İsmail Kartal komandasının oyunundan razı qaldığını bildirib.
“Roma çox yaxşı komandadır. Biz də çox yaxşı hazırlaşmışdıq. Çempionlar Liqası strategiya oyunlarıdır. Futbolçularım hazırladığımız strategiyanı sona qədər yerinə yetirdilər. Yaxşı futbol oynadıq, Çempionlar Liqasına layiq mübarizə apardıq. Qələbəni əldən verən tərəf olduq”, - deyə o bildirib.
Daha sonra istefa qərarını açıqlayan mütəxəssis klubun qarşısını açmaq üçün bu addımı atdığını vurğulayıb.
“Bu axşam etibarilə vəzifəmdən istefa verirəm. Bu qərarı klubumun qarşısını açmaq üçün qəbul etdim. Bundan sonra “Fənərbağça”ya, futbolçularıma və gələcək məşqçilərə kömək etmək istəyirəm. Yol yaxın ikən istefa verməyi qərara aldım. Bir daha geri qayıtmamaq şərtilə istefa edirəm”, - Kartal qeyd edib.
Qeyd edək ki, İstanbulda keçirilən qarşılaşmada komandalar 1:1 hesablı heç-heçə edib.