11 sentyabr 2026. Cümə

“İsmail Kartal vəzifəsinin başındadır”


“İsmail Kartal vəzifəsinin başındadır”

“Fənərbağça”nın prezidenti Əziz Yıldırım komandanın baş məşqçisi İsmail Kartalın istefa qərarına münasibət bildirib.

90deqiqe.Az-ın məlumatına görə, İstanbul təmsilçisinin rəhbəri UEFA Çempionlar Liqasının ilk turunda “Roma” ilə 1:1 hesablı heç-heçədən sonra istefa verdiyini açıqlayan İsmail Kartalın vəzifəsinin başında olduğunu deyib.

“İstefa qərarından heç birimizin xəbəri yox idi. İsmail Kartal vəzifəsinin başındadır. İsmail Kartalla danışdım. Ona ‘davam edəcəksən’ dedim və məsələ bitdi. Biz bir ailəyik”, - deyə Əziz Yıldırım bildirib.

O, məşqçinin oyun zamanı təzyiqlərə məruz qalmasından da narazılığını ifadə edib:

“Bu axşam İsmail müəllimin başına butulka atıblar. Bu, belə olmaz. Ayıbdır. 18 ildən sonra bir rəhbərlik və məşqçi “Fənərbağça”nı Çempionlar Liqasına çıxarıb. Alqışlamaq əvəzinə tənqid edirsiniz”.

Əziz Yıldırım azarkeşlərə və klub ətrafındakı şəxslərə təmkinli olmağa çağırıb.

“İsmail Kartal bizim övladımızdır. Mən vəzifədə olduğum müddətdə İsmail Kartal buradan ayrıla bilməz. Hamınız bunu bilin”, - klub prezidenti əlavə edib.







Türkiyə S.L.