12 sentyabr 2026. Şənbə

“Fənərbağça” İsmail Kartalla bağlı qərarını açıqladı


“Fənərbağça” İsmail Kartalla bağlı qərarını açıqladı

Türkiyənin “Fənərbağça” klubunun baş məşqçisi İsmail Kartalın istefası ilə bağlı qeyri-müəyyənliyə son qoyulub.

 90deqiqe.Az-ın məlumatına görə, cümə günü İsmail Kartalın komandanın məşqinə qatılmayıb.

“Fənərbağça” isə məsələ ilə bağlı rəsmi açıqlama yayıb. Klub İsmail Kartalın vəzifəsindən ayrılmadığını və fəaliyyətini davam etdirəcəyini bildirib.

“Baş məşqçimiz İsmail Kartal vəzifəsini icra etməyə davam edir. Sabah saat 11:30-da komandamız Kartalın rəhbərliyi altında məşq keçəcək və “Qaziantep”lə matça hazırlığını davam etdirəcək”, – klubun açıqlamasında qeyd olunub.

Qeyd edək ki, mütəxəssis UEFA Çempionlar Liqasının oyununda “Roma” ilə 1:1 hesablı heç-heçədən sonra istefa verdiyini açıqlayıb. Lakin İstanbul təmsilçisinin prezidenti qısa müddət sonra Kartalın istefasının qəbul edilmədiyini və onun komandanın baş məşqçisi kimi fəaliyyətini davam etdirəcəyini bildirib.

Əlavə edək ki, “Fənərbağça” hazırda Türkiyə çempionatının turnir cədvəlində 9-cu pillədə qərarlaşıb.







Türkiyə S.L.

“Beşiktaş”dan inamlı qələbə
  • Türkiyə S.L.
  • 23:00 11.09.2026
“Beşiktaş”dan inamlı qələbə