9 oktyabr 2026. Cümə

“Beşiktaş”dan inamlı qələbə


“Beşiktaş”dan inamlı qələbə

Türkiyə Super Liqasının 5-ci turunda “Beşiktaş” doğma meydanda “Ərzurumspor”u 3:0 hesabı ilə məğlub edib.

90deqiqe.Az-ın məlumatına görə, “Tüpraş” stadionunda keçirilən qarşılaşmada meydan sahiblərinin heyətində Emirhan Topçu, Leandro Trossard və İlhan Fakılı fərqləniblər.

Bu qələbədən sonra xallarını 12-yə çatdıran “Beşiktaş” oyun sayı çox olmaqla turnir cədvəlinin lideri olub. “Ərzurumspor” isə 4 xalla geridə qalıb.

Qeyd edək ki, Super Liqanın 6-cı turunda “Beşiktaş” səfərdə “Amedspor”la qarşılaşacaq. “Ərzurumspor” isə “Samsunspor”u qəbul edəcək.







Türkiyə S.L.